Şagird müəlliməsinin üzünə çapıq qoydu – BAKIDA
Şagird müəlliməsinin üzünə çapıq qoydu – BAKIDA
03 Oktyabr 2016 / 16:33 / Baxış sayı: 1116
Font1 Font2 Font3 Font4
Bizimxeber

Paytaxtın Suraxanı rayonunda şagird müəllimlərə hücum edib və onlardan birinə xəsarət yetirib. Hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib. Qəsəbə sakinlərindən birinin sayta verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb. Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimlərə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə