Saday Şəkərlinin cəzası azaldıldı
Saday Şəkərlinin cəzası azaldıldı
03 Avqust 2016 / 14:25 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərlinin şikayətinə baxılıb.

Bizimxeber.az  xəbər verir ki, bu barədə AzNews.az-a məlumat verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib ki, məhkəmə onun cəzasının 5 il müddətinə endirilməsiylə bağlı qərar verib.

E.Quliyev qərardan Ali Məhkəməyə şikayət olunacağını və onun barəsində verilən hökmə tamamilə xitam verilməsinin tələb olunacağını deyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Saday Şəkərlini 10 il müddətinə azadlıqdan məhrum etmişdi.

Xatırladaq ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə