Sabirabadın icra başçısı ilə Mikayıl Cabbarov kimlərə vəzifə verir?
Sabirabadın icra başçısı ilə Mikayıl Cabbarov kimlərə vəzifə verir?
17 Sentyabr 2016 / 14:34 / Baxış sayı: 1946
Font1 Font2 Font3 Font4
Bizimxeber

12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin direktoru neçə təyin olunub?

 

Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan təhsilində bir sıra islahatların aparması guya ki, hansısa irəliləyişlərə hesablanıb. Hansı ki, hələlik heç bir irəliləyişin şahidi deyilik. Əksinə, daha ciddi nüanslar ortaya çıxır ki, bunlar gələcək üçün yaxşı heç nə vəd etmir. 

 

Hələ bir müddət əvvəl kimya üzrə dərslik kitablarında aşkarlanan və bir neçə elm adamı tərəfindən təhlil edilərək viddi nöqsanların ictimailəşməsinin şahidi olduq.

 

Bu gün isə məhz təhsil naziri Mikayıl Cabbarov tərəfindən yaradılan Regional Maliyyə Hesablama Mərkəzləri barədə söhbət açacam. Bu qurumun yaradılması bölgələrdə guya təhsil şöbəsi müdirlərinin tək, yaxud icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri ilə əlbir olub maliyyə fırlıdaqları etmələrinin qarşısını almaq məqsədilə yaradıldı.

Ancaq bunun da bir faydasının olmadığının şahidi olduq. Bu gün sizlərə məlumat verəcəyim məsələ bilavasitə olaraq ciddi qanun pozuntusu, korrupsiya və milli dövlətçilik əleyhinə olan bir hərəkətlərdən bəhs edir.

Bizimxeber.az-a daxil olan məlumata görə, ictimaiyyət arasında mənfi reputasiyaya malik olan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun dəstəyi ilə 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinin direktoru vəzifəsinə Sabirabad rayonunda anti-Əliyevçi kimi tanınan bir ailənin başçısı-Elxan Əsədov təyin olundu. 65 yaşına çox az müddət qalan, ömrünün 60 ilini natamam ali təhsili ilə bir çox kiçik vəzifələrdə işləmiş, bəzi hərəkətlərinə görə də iş yerlərini dəyişmək, bəzi hallarda isə qovulmaq məcburiyyətləri ilə üzləşən, 60 yaşında yeri və mənşəyi bilinməyən, qanuniliyi ciddi şübhə altında olan RF-dəki institutların birindən qaranlıq yollarla aldığı “diplom”la, o diplom ki, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi tərəfindən, bizim də digər dövlətlər kimi üzvü olduğumuz Beynəlxalq Haaqa Konvensiyasına əsasən APOSTİL möhürü vurulmadığı halda, guya ali təhsil dərəcəsi ilə təhsil naziri Mikayıl Cabbarova kələk gəlinməklə bu vəzfəyə təyin olunur.

 

Tək bu hal istintaq orqanlarının məsələ ilə bağlı cinayət işi qaldırmaları üçün yetərli faktdır. Digər bir məqam, qızı Könül xanımın  nevroloji xəstəlikdən əziyyət çəkdiyi halda Sabirabad rayonunun ən böyük məktəbi olan Nizami Gəncəvi adına 5 № li tam orta məktəbinə direktor təyin edilməsidir. 34 yaşlı bu xanımın 5 aylıq direktorlugu dövründə məktəb bərbad vəziyyətə düşdü.

 

Dünən məktəbdə bilik günü belə qeyd olunmuyub. Özbaşnalıq diz boyudur. Məlumat üçün diqqətinizə çatdırım ki, Elxan Əsədovun qızı Könül xanımın həyat yoldaşı Ağayev Azər Mirələm oğlu rayonda radikal müxalifətçi olaraq Pənah Hüseynin tərəfdarı kimi tanınır.

 

Belə ki, Azər Ağayev bütün seçkilərdə Müsavat Partiyası tərəfindən müşahidəçi qismində iştirak edərək, seçkilərin qeyri-demokratik keçirilməsi ilə bağlı bir neçə dəfə açıqlamalar verərək hakimiyyətin əleyhinə gileylənənlərin, etiraz edənlərin sırasında öncüllük təşkil edib. Belə bir şəxsin qayınatası 12 saylı Regional Maliyyə Hesablama Mərkəzinə direktor, həyat yoldaşı isə Sabirabad rayonunda orta məktəb direktoru təyin edilib. Bütün bu olanlardan isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tam məlumatlı olaraq edib, ancaq təhsil naziri Mikayıl Cabbarova kələk gəlmələri ilə baş tutub.

 

Həqiqətlər sözügedən nazirdən doğurdanmı gizlədilib? Yoxsa nazir Mikayıl Cabbarov da bu məlumarlara sahibdir?

İlkin Hüseynli
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə