Sabirabadda 2005 ci ilin Əşrəf Məmmədov sindromu Nazim İsmayılovla təkrar olunur.
Sabirabadda 2005 ci ilin Əşrəf Məmmədov sindromu Nazim İsmayılovla təkrar olunur.
01 Dekabr 2016 / 10:52 / Baxış sayı: 2010
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Sabirabadda hamını  düşündürən cəncəl bir məsələ var. Bunu da icra başçısı Nazim ismayılov yaradıb. Hamı uzun illər Göyçayda, Şamaxıda başçılıq edən bu şəxsin bu böyüklükdə cinayətə gedəcəyinə və üstəlik bilərəkdən ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyinə inanmağı gəlmirdi. Ancaq FAKT-FAKTDIR.  İndi hər şey ortadadır. Əhali Nazim İsmayılovun bu təmənnalı hərəkətini dövlətə sarsıdıcı zərbə hesab edir.

Bizimxeber.az-a daxil olan məktubda olduqca ilginc faktlar yer alıb.

Bu ilin yanvarında o yeni yaranan təhsil üzrə 12 saylı regional maliyyə idarəsinə Elxan Əsədovu “seçib” müdir  qoydu. Özü də özünün birinci müavini rayonda “kolxoznik” kimi tanınan Həsən Həsənovun və Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanovun əli ilə. Birinci onu deyək ki, Elxan bu işə gələnə qədər  mədəniyyət şöbəsində Əhməd Ramazanovun baş mühasibi olub.

Əslində Elxan Əsədov kimdir? 1952-ci ildə anadan olub. 1970-1972-ci ildə Bakı maliyyə kredit texnikomunda oxuyub, əvvəl  mərkəzi xəstəxanada mühasib işləyib, oradan qovulduqdan sonra bir az  tikinti sahəsində çalışıb. 1984-cü ildən isə  Mədəniyyət  şöbəsində mühasib işinə gəlib.

Başçı İsmayılovun  sayəsində o, bu ilin yanvarında yeni mərkəzə müdir gələnədək həmin vəzifədə çalışıb. Amma 20 ildən çox bir müddət ərzində bu dövlət vəzifəsində baş girələməsinə  baxmayaraq  o  YAP-çı olmaqdan  imtina edib. Bunun da səbəbini Sabirabadda hamı bilir ki, Elxan müxalifətin dəyirmanına su tökənlərdəndir. İqtidarın arxasınca asıb-kəsənlərdən bəlkə də birincisidir. Rayona gətirilən yeganə  “Azadlıq” ancaq ona verilib. Bəs neçə oldu ki, YAP siyasi şurasının üzvü  Nazim İsmayılovun “saqqızını” oğurladılar. O Elxanın yaşının 65-ə az qalmasını və YAP-çı olmamasını qulaqardına vurdu. Üstəlik ali təhsil diplomuna da fikir vermədi. Başqa vaxt “ancaq dövlət ali məktəblərini bitirənləri işə qəbul edirik”, – deyən Nazim İsmayılov bu dəfə Elxanın “ali təhsil diplomu”na heç baxmadı da. Ancaq o da yaxşı bilirdi ki,   Elxanın qiyabi  “oxuduğu” Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı olmayıb və bu gündə yoxdur. Ümumiyyətlə bu adda məktəb Azərbaycanda nə dövlət qeydiyyatına alınıb və nə də  binası olmayıb.

Bütün bunlara baxmayaraq Nazim İsmayılov 65 yaşlı  birisini təqaüdə göndərmək əvəzinə,  ali təhsil diplomlunun saxta olduğunu bilə-bilə, üstəlik həmişə YAP-a rixşənd edən müxalif fikirli birisini böyük vəzifəyə gətirdi. Bax  belə yerdə qırmızı xoruzun quyruğu görünür. Deməli arada killi miqdarda, Elxanın qohum-dost yanında hökülləyib dediyi kimi 80 min manatlıq rüşvət  dayanır.

Sabirabadda camaat Nazim İsmayılova “TOZSORAN” ləqəbi verib. Bu da təsadüfi deyil. O, hər şeyə  20-30  manata da tamah salandır. Göyçayda, Şamaxıda, Bakıda topdağıtmaz əmlakları, balta kəzməz dollarları olması  onun yenə gözünü doydurmur. O Elxanın uzun illər kitabxanaçılardan çırpışdırdığı karrıca haram pulundan əl çəkə biməzdi. Bu dəfə o Sabirabadın ən böyük Nizami Gəncəvi adına orta məktəbinə, həmin məktədə vur-tut 5 ay  işləmiş onun qızı Könülü direktor təyin etdi.

Qızın tanış-biliş yanında həmişə eşitdirdiyi kimi 30 minə.  İndi həmin məktəbdə necə deyərlər papaq götür qaçdı. Təhsil şöbəsinin 50 metrliyində yerləşən bu məktəbdə təhsil arxa plana keçib. Valideynlər uşaqlarını digər şəhər məktəblərinə keçirirlər. Psixoloji problemləri olan bu xanım heç təhsilin müdiri Pəhlivan Qarayevi də vecinə almır. Bəlkə doğru da edir. Axı Pəhlivanın da “pəhlivan”lığı yoxdur, yəni nə ətdir, nə də balığ. Yaxşı bilir ki, Başçı İsmayılov atası Elxanın və onun qarşısında gözükölgəlidir. Niyə də etməsin çünki Başçı onu qəbul edəndə “Get o məktəbi sənə verdim” demişdi.  O da dədəsinin mülki kimi bildiyini edir.

Üstəlik əri Azər Ağayevə də  iş aldılar. Onu S.Vurğun adına şəhər məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin etdirdilər. Azəri hamı qatı müxalifətçi kimi tanıyır, o bütün seçkilərdə Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin müşahidəçisi olub. 2015-ci ildə Milli məclis seçkilərində P.Hüseynin katibiliyini edib. 63 saylı dairənin 6 saylı şəhər seçki məntəqəsində YAP-çılara qan uddurub. Onun vəzifəyə gətirilməsinin lap ağ oldugunu bir aydan sonra bildilər və qorxub tez onu həmin işdən kənarlaşdırdılar.

Ancaq Elxan  o biri yeznəsini Mədəniyyət və Turizm şöbəsindəki köhnə yerinə-baş mühasibliyə gətirə  bildi. Bax bu yerdə deyiblər ey “Yaxşı dayıya eşq olsun!” Qısa sözlə desək Nazim İsmayılov 2005 ci ildə Sabirabadın İcra başcısı olmuş Əşrəf Məmmədovun hərəkətlərini təkrarən yerinə yetirib.

Qeyd edək ki Əşrəf Məmmədov 2005 ci il parlament seçkiləri zamanı YAP-a xəyanət edərək müxalifətin deputatlığa namizədini təbliğ etdirərək parlamentdə otuzdurmuşdu. Eyni zamanda o xeyli müxalifət tərəfdarlarına vəzifə vermişdi. Bütün bunlar aşkara çıxandan sonra Prezdent İlham Əliyev onu vəzifəsindən azad etdi.

Deyirlər sən saydığını say gör Nazim İsmayılov nə sayır. Bu saxtakarlığı, dəfələrlə onun nəzər-diqqətinə çadırdılar. Ancaq deyilən sözləri, fikirləri, açıq tənələri o bu qulağından alıb o birindən buraxdı. Amma o bir oyunbazlıq etdi. Qoyduğu ata-bala “kadr”ları müxalifət damğasından qurtarmaq üçün onları YAP-a qaynaq etdirdi. Özü də hər ikisinini bir gündə, bu ilin mayında Elxan və qızı Könülün adlarını iqtidar partiyasına yazdırdı.

Budur Nazim İsmayılovun dövlətə xidməti?!

Ümummilli liderimiz Heydər Əliyev belələrinə xitabən demişdi: “Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə