Sabiq prezident yenidən dəfn olundu – FOTOLAR
Sabiq prezident yenidən dəfn olundu – FOTOLAR
19 Noyabr 2016 / 14:43 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4
Bizimxeber

Filippinin sabiq prezidenti Ferdinand Markos milli qəhrəmanların məzarlığında təntənə ilə yenidən dəfn olunub.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, təkrar dəfnə göstərişi Filippin prezidenti Rodriqo Duterteverib. Ali Məhkəmə sonradan bu qərarı təsdiqləyib.

Mərhum diktator Ferdinand Markosu cinayətkar sayan yüz minlərlə filippinli etiraz aksiyaları keçiriblər. Onların fikrincə, təkrar dəfn Markosun cinayətlərinə bəraət qazandırmaqdır.

1965-1986-cı illərdə Filippin prezidenti olmuş F.Markos 1986-cı ildəki inqilabdan sonra ailəsi ilə birlikdə ABŞ-a qaçmışdı. O, 1989-cu ildə vəfat edib.

F.Markos və ailə üzvləri Filippin büdcəsindən 10 milyard dolları mənimsəmişdilər.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə