Sabiq müdafiə nazirinin müavini bəraət istəyir
Sabiq müdafiə nazirinin müavini bəraət istəyir
11 Avqust 2016 / 10:50 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Apellyasiya Məhkəməsində 1995-1999-cu illərdə sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib. Prosesdə Mehman Səlimovun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı avqustun 17-ə təyin edilib.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə