Sabiq milli təhlükəsizlik nazirinin şikayəti təmin edilmədi
Sabiq milli təhlükəsizlik nazirinin şikayəti təmin edilmədi
02 Avqust 2016 / 17:36 / Baxış sayı: 800
Font1 Font2 Font3 Font4
Bizimxeber

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sabiq nazirin şikayətinə Naxçıvan Apelyasiya Məhkəməsində baxılıb.

Prosesdə çıxış edən Vəli Ələsgərovun vəkili Vüqar Xasayev müdafiə etdiyi şəxs barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib. Daha sonra işə baxan hakimlər apelyasiya şikayəti üzrə qərara elan ediblər. Vəli Ələsgərovun apelyasiya şikayəti təmin edilməyib.

Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib ki, məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə