Sabiq icra başçısının qardaşı vəfat etdi
Sabiq icra başçısının qardaşı vəfat etdi
24 Avqust 2016 / 12:12 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azəravtoyol” ASC-nin 13 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.

1960-cı il təvəllüdlü Maarif Ağayev ötən gecə Ukraynanın turizm şəhəri Truskavetskdəki sanatoriyalardan birində istirahətdə olarkən vəfat edib. Bir həftədir Ukraynada dincələn M. Ağayevin ölümünün səbəbi hələ məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, onun sağlamlığı ilə bağlı şikayəti olmayıb.

M. Ağayevin ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda mərhumun nəşinin Göyçaya gətirilməsi üçün Ukraynada sənədləşmə işləri görülür.

Qeyd edək ki, Maarif Ağayev Mingəçevir, Quba və Göyçay rayon icra hakimiyyətlərinin keçmiş başçısı Mübariz Ağayevin qardaşıdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə