Əsas menu

Sabiq icra başçısının dəbdəbəli oteli (FOTOLAR) 

Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb. Bu barədə demokrat.az-a Qusar rayon sakinləri məlumat veriblər. 

Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan “Alpine Qusar HotelResort” adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində – Qusar çayının sahilində yerləşir.

Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur.
Sayt məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng etsə də, onunla əlaqə saxlamaq cəhdləri alınmayıb.
Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*