Sabiq Gülənçi qanlı hadisələrin 1 nömrəsinin adını açıqladı
Sabiq Gülənçi qanlı hadisələrin 1 nömrəsinin adını açıqladı
04 Avqust 2016 / 12:30 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyulun 15-də Türkiyədə Fətullah Gülən camaatının təşkil etdiyi iddia edilən hərbi çevrilişin bir nömrəli şəxsinin kim olduğu açıqlanıb.

Lent.az bildirir ki, bu barədə uzun illər Fətullah Gülən camaatının üzvü olan, Gülənin sözçülüyünü edən tanınmış jurnalist Hüseyn Gülərcə açıqlama verib.

Bir televiziya proqramında danışan Gülərcə çevrilişin bir nömrəli şəxsinin Gülən camaatının imamlarından biri olan Adil Öksüz olduğunu açıqlayıb.

Qeyd edək ki, A.Öksüz çevriliş gecəsinin səhəri hərbi əməliyyatların mərkəzi olan Akıncılar aviabazasında yaxalanmış, daha sonra isə sərbəst buraxılmışdı. O, hazırda axtarışdadır.

Məlumatlara görə, mülki şəxslərinin girişinin qadağan olduğu Akıncılar aviabazasına gedən Adil Öksüz oradan çevrilişdə iştirak edən hərbçilərə təlimatlar verirmiş. A.Öksüzün çevrilişdən 3 gün əvvəl ABŞ-a, Fətullah Gülənin yaşadığı Penisilvanya ştatına getdiyi bildirilir. Məlumatlarda o da bildirilir ki, Öksüz FETÖ-nün Türkiyə Hərbi Hava Qüvvələrinə cavabdeh olan imamıdır. O, Sakarya Universitetinin ilahiyyat fakültəsinin elmi işçisidir.

Jurnalist Hüseyn Gülərcə iddia edir ki, A.Öksüzün son 20 gün ərzində iki dəfə ABŞ-a getməkdə məqsədi Fətullah Güləndən çevrilişlə bağlı son tapşırıqları almaq olub: “Gülən çevrilişlə bağlı tapşırıqlarını qətiyyən telefonla verməyib. Adil Öksüzə şifahi şəkildə tapşırıb. Öksüz, şübhəsiz, bu çevriliş cəhdinin bir nömrəli fiqurudur”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə