Sabahın hava proqnozu AÇIQLANDI
Sabahın hava proqnozu AÇIQLANDI
09 Noyabr 2016 / 12:25 / Baxış sayı: 1304
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. 
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir. Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə