Sabahdan analoq TV yayımı dayandırılır
Sabahdan analoq TV yayımı dayandırılır
31 Oktyabr 2016 / 14:18 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

2016-cı il noyabrın 1-də saat 00:00-dan etibarən Bakı və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılacaq. Bu barədə Trend telekommunikasiya bazarındakı mənbəyə istinadən məlumat verir. Analoq siqnalın dayandırılmasından sonra yayım ya rəqəmsal formatda, ya da kabel və peyk televiziyası vasitəsilə davam etdiriləcək.

Xatırladaq ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının sentyabr ayında iclası keçirilib və analoq yayımın dayandırılması barədə müvafiq qərar qəbul olunub.

Qərara əsasən, Bakı və Abşeron yarımadasından sonra eyni addım ölkənin digər regionlarına da şamil olunacaq. Dekabrın 1-dən etibarən analoq yayımın bütün rayonlarda dayandırılması nəzərdə tutulur. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur. Dekoderlərin qiyməti minimum 25 AZN olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə