Sabah yunan-Roma güləşi üzrə yarışlar başlayır
Sabah yunan-Roma güləşi üzrə yarışlar başlayır
13 Avqust 2016 / 23:47 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Bizimxeber

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışların ilk günü üçün püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində Azərbaycan təmsilçiləri Rövşən Bayramovla Elvin Mürsəliyevin rəqibləri müəyyənləşib.

59 kq. çəki dərəcəsində yer alan Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi venesuelalı Rayber Xose Rodriges Orozko olacaq.

75 kq. çəki dərəcəsindəki Mürsəliyev isə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. O, misirli Mahmud Fevzi Rəşad Sebi ilə görüşəcək. Növbəti mərhələyə yüksələcəyi təqdirdə, Azərbaycan güləşçisi Ermənistan təmsilçisi, dünya və Avropa çempionu, 2012-ci il London olimpiadasının gümüş mükafatçısı Arsen Julfalakyanla qarşılaşa bilər.

Qeyd edək ki, ilk görüşlər Bakı vaxtı ilə 14 avqust saat 17:00-da, final görüşləri saat 23:00-da başlayacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə