Sabah temperatur 42 dərəcəyə çatacaq
Sabah temperatur 42 dərəcəyə çatacaq
12 Avqust 2016 / 12:56 / Baxış sayı: 516
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 16-da şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-39°, yarımadanın bəzi yerlərində 41° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 25-35 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir.

Avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə