Sabah keçmiş “OMON”çuların apellyasiya şikayətinə baxılacaq
Sabah keçmiş “OMON”çuların apellyasiya şikayətinə baxılacaq
20 Oktyabr 2016 / 15:21 / Baxış sayı: 914
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabah Bakı Apellyasiya Məhkəməsində ömürlük azadlıqdan məhrum edilən Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun apellyasiya şikayətinə baxılacaq. Bu barədə virtualaz.org saytına vəkil Elçin Sadıqov məlumat verib. Apellyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, 8 sentyabr 2016-cı ildə Qaradağ rayon Məhkəməsində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvləri – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Xatırladaq ki, E.Əmiraslanov, S.Poladov və A.Kazımov 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum ediliblər. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Hər üç şəxs Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə