Sabah hava yağmurlu olacaq
Sabah hava yağmurlu olacaq
01 Sentyabr 2016 / 12:38 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimxeber.az-a verilən məlumata görər, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacaq, arabir yağış yağacaq. Yağıntıların bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə