Sabah hava qızmar olacaq – PROQNOZ
Sabah hava qızmar olacaq – PROQNOZ
10 Avqust 2016 / 13:06 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  avqustun 11-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti yağmursuz keçəcək, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-27° isti, gündüz  34-39° isti olacağı gözlənilir. 

Bakıda gecə 24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 756 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti,  dağlarda gecə 15-20° isti, gündüz   27-32° isti olacağı gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə