Sabah da intensiv yağış yağacaq
Sabah da intensiv yağış yağacaq
17 Oktyabr 2016 / 12:59 / Baxış sayı: 932
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 18-də bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında srabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-14°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə