Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
16 Noyabr 2016 / 13:17 / Baxış sayı: 590
Font1 Font2 Font3 Font4
Bizimxeber

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb. Bzimxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. 

Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 7-9° isti, gündüz 10-13° isti, Bakıda isə gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə