Sabah Bakıda 27 dərəcə isti olacaq
Sabah Bakıda 27 dərəcə isti olacaq
17 Sentyabr 2016 / 14:42 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 16-20° isti, gündüz 23-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə