Sabah Azərbaycanda 42 dərəcə temperatur olacaq
Sabah Azərbaycanda 42 dərəcə temperatur olacaq
06 Avqust 2016 / 13:14 / Baxış sayı: 918
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənLent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 22-25° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın yağmursuz olacağı, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə