Sabah 42 dərəcə isti olacaq
Sabah 42 dərəcə isti olacaq
21 Avqust 2016 / 16:19 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bizimxeber.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42 °, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə