Sabah 40 dərəcəyədək isti olacaq
Sabah 40 dərəcəyədək isti olacaq
18 Avqust 2016 / 12:44 / Baxış sayı: 412
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimxeber.az-a verilən məlumata görə, avqustun 19-də paytaxt və yarımadada şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 25-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə