Saakaşvilinin tabutu Tiflisə gəldi… 
Saakaşvilinin tabutu Tiflisə gəldi… 
09 Oktyabr 2016 / 17:03 / Baxış sayı: 1186
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tiflisdə seçkiqabağı kampaniyanın son günü həm də müxalifət blokunun – Qoqa Topadzenin “Sənaye Gürcüstanı xilas edəcək” və Zviad Çitişvilinin “Bizim vətənimiz” hərəkatlarının təşkil etdiyi qeyri-adi aksiya ilə yadda qalıb.

Virtualaz.org-un xüsusi müxbiri Fridon Doçiyanın Tiflisdən verdiyi xəbərə görə, aksiya iştirakçıları Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müqəvvası qoyulmuş tabutu ABŞ səfirliyinə gətiriblər. Qırmızı tabutda qara rənglə 5 rəqəmi – YGH partiyasının seçki nömrəsi, həmçinin “Siyasi dustaqlardan”, “Cəzalandırılmışlardan”, “Qaçqınlardan”, “Küçələrdə öldürülmüşlərdən” sözləri yazılmış bir neçə gül çələngi olub.

Aksiya sabiq prezidentin tərəfdarları ilə qalmaqalsız da ötüşməyib.

“Amerika səfirliyinin Mixail Saakaşvilinin taleyinə nə aidiyyəti var” sualına isə “Bizim vətənimiz” partiyasının lideri Zviad Çitişvili belə izah verib: ” Gürcüstanı ABŞ idarə edir. Bu, məhz Saakaşvilidən miras qalıb. Qoy amerikalılar öz marionetkasını Vaşinqtona aparsınlar. Orada onun üçün daha yaxşı, ən əsası-daha təhlükəsiz olacaq”.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə