Saakaşvilidən sərt bəyanat: “Quldurları hakimiyyətdən qovmalıyıq”
Saakaşvilidən sərt bəyanat: “Quldurları hakimiyyətdən qovmalıyıq”
02 Dekabr 2016 / 15:27 / Baxış sayı: 740
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukraynada yeni partiya yaradan Saakaşvili bildirib ki, hakimiyyətdə olan quldur və avaraları qovmaq istəyir.

Ölkə.Az xəbər verir ki, Odessa əyalətinin eks-qubernatoru Mixail Saakaşvili “Yeni qüvvələr hərəkatı” partiyasını yaratmaq üçün vəsait topladığını bəyan edib.

Sabiq qubernatorun fikrinə görə, yeni partiya oliqarxları qərar qəbul etmə səlahiyyətini məhdudlaşdıracaq. Siyasətçi bu barədə öz “facebook” səhifəsində yazıb: “Yeni qüvvələr hərəkatı Ukraynada yeni siyasi sinif yaratmaq hədəfini güdür. Biz, yəni Ukrayna üçün yeni təşkilat quran şəxslər arasında əsas və təyin edilmişlər yoxdur. Biz hakimiyyətdə olan avara və quldurları qovmaq istəyirik. Biz oliqarxların qərar qəbul etmə mexanizmini əngəlləmək istəyirik. Ukraynada hakimiyyətin yeganə mənbəyi konstitusiyada da qeyd edildiyi kimi xalq olmalıdır”.

Saakaşvili qeyd edib ki, partiya Ukraynanı güclü dövlətə çevirmək üçün planlar həyata keçirmək niyyətindədir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə