Saakaşvili “varis”inin adını açıqlamadı – VİDEO
Saakaşvili “varis”inin adını açıqlamadı – VİDEO
09 Noyabr 2016 / 19:31 / Baxış sayı: 1352
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu günlərdə Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verən Mixail Saakaşvili yerli idarəçilik strukturunu tənqid edib.

Bizimxeber.az  xəbər verir ki, “Kanal 7”-nin qonağı olan Saakaşvili Odessa vilayəti dövlət administrasiyasının ləğvinin vacib olduğunu deyib.

Onun sözlərinə görə, Ukraynanın digər vilayətlərində də analoji qurumlar ləğv olunmalıdır.

Zaldakı jurnalistlərdən biri isə Saakaşvilidən varisinin kim olacağını soruşub. Gürcüstanın keçmiş prezidenti onu əvəzləyə biləcək namizədlər haqqında danışmaqdan yayınıb və dərhal çıxışının əvvəlki hissəsinə qayıdıb: “Vilayətlərdəki dövlət adminitrasiyaları yerli hakimiyyət orqanları sistemində tamamilə faydasız orqandır. Onlar nə edirlər? Yollar, gömrük, polis. Axı bunlar dövlət adminitrasiyalarının funksiyaları deyillər”.

Saakaşivili əmindir ki, vilayətlərdəki dövlət adminitrasiyalarının funksional vəzifələrini yerlərə, bilavasitə rayonlara vermək lazımdır.

O bildirib ki, qubernator olaraq özünə iş tapırdı. Saakaşvili nümunə olaraq vilayətdə icra edilən inkişaf layihələrini göstərib.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə