Saakaşvili Ukrayna vətəndaşlığından məhrum ediləcək
Saakaşvili Ukrayna vətəndaşlığından məhrum ediləcək
17 Noyabr 2016 / 13:03 / Baxış sayı: 962
Font1 Font2 Font3 Font4
Bizimxeber

Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna prezidenti Petr Poroşenkoonu məhkəmənin qərarı ilə Ukrayna vətəndaşlığından məhrum etmək niyyətindədir. 

Bizimxeber.az  xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti “Facebook” səhifəsində “çox yaxşı məlumatlandırılmış mənbəyə” əsasən bildirib.

Saakaşvilinin məlumatına görə, prezident bu məsələni Ali Radada Petr Poroşenko bloku fraksiyası rəhbərinin müavini İqor Kononenkoya və Saakaşvilinin “prezident administrasiyasında korrupsiya piramidasında məhkəmə işlərinin qeyri-rəsmi kuratoru” adlandırdığı Radanın Hüquqi siyasət və ədalət məhkəməsi məsələləri üzrə komitənin üzvü Aleksandr Qranovskiyə tapşırıb.

“Beynəlxalq hüquq və Ukrayna qanunvericiliyi başqa vətəndaşlığı olmadığı halda, ölkə vətəndaşlarını vətəndaşlıqdan məhrum etməyə icazə vermir. Çox heyif ki, prezident belə aşkar banditlərin xidmət etməklə yanaşı, onların məsləhətlərinə də qulaq asır”, – Saakaşvili əlavə edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə