Səudiyyədə qadınlara sürücülük hüququ veriləcək
Səudiyyədə qadınlara sürücülük hüququ veriləcək
30 Noyabr 2016 / 21:40 / Baxış sayı: 1026
Font1 Font2 Font3 Font4
Bizimxeber

Səudiyyə milyarderi, ölkə kralının bacısı oğlu şahzadə əl-Valid ibn Talal Əs-Saud maraqlı fikir bildirib.

Bizimxeber.az  xəbər verir ki, şahzadə sosial şəbəkədə Səudiyyə Ərəbistanında qadınların sürücülük hüququnu qadağan edən qanunun ləğvini tələb edib.

O, qeyd edib:” Müzakirəyə son verin. Qadınların sükan arxasına keçmə vaxtı çatıb”.

İbn Talal heç bir siyasi vəzifə tutmasa da, bütün dünyada uğurlu iş adamı kimi tanınır.

“Qadınları sürücülük hüququndan məhrum etmək təhsil və ya şəxsi sənəd almağa tətbiq edilən qadağaya bənzəyir. Cari iqtisadi səbəblər qadınların sürücülük hüququnun bərpasını tələb edir”-deyə şahzadə davam edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında şəriət qanunlarına əsasən qadınlara avtomobil idarə etmək qadağan edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə