Səudiyyə kralının və Azərbaycan nazirlərinin “Mercedes”lərini Erbakan Malkoç yığır
Səudiyyə kralının və Azərbaycan nazirlərinin “Mercedes”lərini Erbakan Malkoç yığır
29 Avqust 2016 / 11:52 / Baxış sayı: 1124
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan nazirlərinin lüks “Mercedes” limuzinlərinin salonu özəl sifarişlə Türkiyənin DizaynVİP şirkətində yığılır.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu haqda şirkətin qurucusu və sahibi Erbakan Malkoç danışıb.

DizaynVİP 1992-ci ildə cəmi 20 kvadratmetrlik ərazidə qurulub, hazırda 10 min kvadratmetr sahəyə malik fabriki və 100-dən çox işçisi ilə dünyada avtomobillərin xüsusi sifarişlə yığılmasını həyata keçirən ən qabaqcıl şirkətlərdən biridir. Habelə “Mercedes”in bu sahədə yeganə rəsmi partnyorudur.

Malkoç deyir ki, onun şirkəti Səudiyyə Ərəbistanı kralından tutmuş Qətər şeyxlərinə, Azərbaycanın bir çox nazirlərinə, Rusiya və Çindən bir çox zənginlərə, habelə Türkiyənin Ajda Pekkan kimi məşhur ulduzuna qədər bir sıra zənginlərin “Mercedes”lərini xüsusi sifarişlə yığıb.

Erbakan Malkoçun bildirdiyinə görə, onun şirkəti ildə 300 avtomobil yığır və bunun 80-90 faizini xaricə ixrac edir. Onun sözlərinə görə, avtomobillərin salonunda bütün işlər əllə görüldüyündən müştərilərin sifarişlərini çatdıra bilmirlər. Nəticədə müştərilər 7-8 ay gözləməli olur.

Şirkət 2017-ci ildə “Mercedes”lə birlikdə “Mercedes Benz Dizayn” markalı avtomobilin seriya istehsalına və ixracına başlamağı planlaşdırır. Bu yaxınlarda Almaniyanın “Der Spiegel” jurnalı Malkoçun şirkəti barədə “Lüks avtomobillərdə axtardığını tapa bilməyənlər Erbakan Malkoçun yanına getsin” başlığı ilə yazıb.

Avtomobillərin yığılmasında texnologiyanın ən son nailiyyətlərindən istifadə edən Malkoçun səslə idarə olunan ilk avtomobilini 15-ci  Autoshow Sərgisinə çıxarıb. Avtomobilin sahibi “televizoru aç” deyəndə televizor açılır, yaxud “oturacağı endir”əmri alan avtomobil bu əmri yerinə yetirir.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə