Səs-küylü qətlin məhkəməsi başladı – FOTOLAR
Səs-küylü qətlin məhkəməsi başladı – FOTOLAR
01 Noyabr 2016 / 15:13 / Baxış sayı: 976
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzində sevgilisini öldürməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən bu ilin yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzin qətlə yetirilib. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə