Sərhəddə xarici vətəndaş öldü
Sərhəddə xarici vətəndaş öldü
26 Noyabr 2016 / 14:55 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4
Bizimxeber

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda qəflətən halı pisləşmiş Türkiyə vətəndaşı həkimlərin bütün yardımlarına baxmayaraq ölüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bizimxeber.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada keçid xəttində Gürcüstandan Azərbaycana gələn – 1952-ci il təvəllüdlü, Türkiyə vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. Gömrük əməkdaşları ona ilkin yardım göstərib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.
Tibbi personalın verdiyi ilkin rəyə əsasən, Türkiyə vətəndaşı – Naim Tozlu urək tutmasından vəfat edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə