Sərhədçilər döyüşə hazırlaşır-Tacikistan
Sərhədçilər döyüşə hazırlaşır-Tacikistan
05 Oktyabr 2016 / 10:12 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əfqanıstanın şimal əyalətində – Tacikistanla həmsərhəd Kunduz şəhəri uğrunda gedən döyüşlərlə əlaqədar tacik sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan ordusunun əsgərləri də müdafiə xəttinin arxasında hazırlıq vəziyyətindədir.

AzərTAc bildirir ki, bu haqda Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Xəbər agentliklərinin məlumatlarına görə, Kunduz şəhərində nəzarəti ələ almaq üçün Əfqanıstan ordusunun “Taliban” radikal qruplaşmasının terrorçuları ilə döyüşlərində 40-dan çox talibançı öldürülüb.

Xatırladaq ki, ötən il sentyabrın 28-də taliblər Kunduz şəhərini işğal edib, 3 gün sonra isə şəhərdən qaçmağa məcbur olublar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə