Səngəçal vahimədə: İŞİD-çilər qəsəbəni ələ keçirib – FOTOLAR
Səngəçal vahimədə: İŞİD-çilər qəsəbəni ələ keçirib – FOTOLAR
16 Sentyabr 2016 / 20:17 / Baxış sayı: 1832
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində gizli ekstremist təşkilatın fəaliyyəti de-şifrə olunub

Bu barədə qəsəbənin 3-cü massiv ünvanında yaşayan Əlihəsən Vəzir oğlu Fərəcullayev Politika.Az-a yazıb.

Bildirib ki, dəstəyə Fərəcullayev Kamil Babaqeys oğlu rəhbərlik edir. Onun sözlərinə görə, Kamil camaatı qanunsuz fəaliyyət göstərən məscid rəhbərləri – Lazım və Səyyar Əndəliyevlərə itaət etməyə çağırır.

“Kamil Fərəcullayev bir növ təşkilati işlərlə məşğul olur. Yəni, yaxın kənd və qəsəbələrdə yaşayan cavanları din pərdəsi adı altında qanunsuz fəaliyyət göstərən məscidə toplayır.

Gecədən xeyli keçmişə qədər dini ayinlərin icrasından sonra müxtəlif mövzularda təbliğat aparır. Kənddə necə yaşamaq, harda ev tikmək, harda mal otarmaq lazım olduğunu da bunlardan iznsiz icra etmək mümkün deyil.

Misal olaraq – 7 il əvvəl Hacıyevlər ailəsi yurd salıb yaşayırdılar. İki qardaşın evi arasında hasarı da 6 il öncə tikmişdilər. 2015-ci ilin mayın 10-da və 14-də məscidə getmədiyinə görə onlardan biri – Gülverdi Hacıyev cəzalandırıldı.

Gecə saat 11 radələrində Əndəliyevlərin göstərişi və Fərəcullayevin başçılığı altında qonşu kəndlərdən cəlb olunmuş 30-40 nəfər evə hücum etdi.

Daş-kəsəklə silahlanmış, əksəriyyəti saqqalı olan qanunsuz dəstə hasarı darmadağın etdilər, ev daş-qalaq olundu”,-deyə məktub müəllifi yazıb.

Qəsəbə sakini bildirib ki, vahiməyə düşən Hacıyevlər ailəsi qaçmağa macal tapmayıb: “Evdə olan xanımı Nərgiz və uşaq daş parçalarından ciddi xəsarət aldılar, əşyalar yararsız hala düşdü.

Doğrudur, fakt üzrə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 və 186.1 maddələri üzrə Əndəliyevlərə qarşı cinayət işinin istintaqı aparılıb.

Lakin 1 il 4 ay ərzində iş istintaqda əsassız olaraq saxlanılıb. Kamil Fərəcullayev müəmmalı səbəblərdən istintaqdan yayına bilib”.
Məktubda bildirilir ki, basqınçılardan bir neçəsini dəstədən ayırıblar: “Abuzəri (əsil adı Azərdir) Naili, Kənanı və Sənanı evimizə gətirdik. Sakitləşmələrini xahiş etdik. Etiraf etdilər ki, bu kəndə Kamil dəvət edib.

Bu adamların gecə basqını zamanı evimə gəldiklərini də kənd sakinləri olan Mehrac Fərəcullayev, Canhəsən Fərəcullayev və oğlu Vüsal, Elmar Zahidov, Surət və Cavid Fərəcullayev qardaşları görüblər. Şahid kimi bir daha təsdiq edə bilərlər.

Basqının qarşısı qonşuların yığışmasından və 102 polis xidmətinə edilən zəngdən sonra alınıb. Polis tərəfindən 1 il 4 ay ərzində bu dəstəyə “DUR” deyən olmadığına görə, onlar sonradan mənim və Vahid Həsənovun da evlərinə kiçik miqyasda xəbərdarlıq kimi basqınlar ediblər. Kamil isə məni hədələyib”.

Ə.Fərəcullayev deyib ki, G.Hacıyevin ailəsi mətbuat vasitəsilə dövlət başçısına müraciət edib:

“Dərhal sonra Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin müstəntiqi Habil Hüseynov 1 il 4 ay əsassız icraatında saxladığı CM-nin 186-cı, 221.2.1 və 221.3-cü maddələri üzrə başlanmış cinayət işini yekunlaşdıraraq məhkəməyə göndərib. Lakin aparılan cinayət işi üzrə Gülverdinin evinə dəstəsilə quldur basqını təşkil etmiş Kamil “yaddan”çıxıb. “Qəmlo” kimi başına dəstə toplayan Kamil Fərəcullayev indiyədək kəndimizdə at oynatmağında davam edir.

Amma bizə təsəlli verən budur ki, son vaxtlar Nardaranda din pərdəsi altında baş verənlərə qarşı dövlətimizin qəti mövqeyi nəticəsində ərazidə qarışıqlıq törətmək istəyənlər cəzalarını aldılar. Və inanırıq ki, tezliklə bizim kəndimizdə də Kamilin dəstəsi barəsində də qanunamüvafiq ölçü götürüləcək”.

Məktub müəllifi qeyd edib ki, dəstənin üzvlərindən Səngəçalda yaşayan Mahir, Nail, adını bilmədiyimiz Çingizin oğlu, Gülmirzənin oğlu və digərləri Suriyada vuruşmağa gediblər. Deyilənə görə bunlardan Mahir ölüb, Nail isə komandir vəzifəsinə yüksəlib”.

Şikayəti yazanın dediklərindən belə aydın olur ki, Səngəçalda el arasında vəhhabi adlanan eksremist dini cərəyanın üzvləri şəbəkələşib və təbliğat aparır.

Onlardan bəzilərinin Suriyadakı döyüşlərə getməsi də bunu deməyə əsas verir. Görünür, həmin şəxslər İŞİD terror təşkilatına qoşulub.
İŞİD-çilər qəsəbəni ələ keçirib
İŞİD-çilər qəsəbəni ələ keçirib
İŞİD-çilər qəsəbəni ələ keçirib



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə