Şəmkirdə avtomobil at arabası ilə toqquşdu 6 NƏFƏR XƏSARƏT ALDI
Şəmkirdə avtomobil at arabası ilə toqquşdu 6 NƏFƏR XƏSARƏT ALDI
12 Avqust 2016 / 9:43 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün axşam saatlarında Şəmkirdə at arabasını vuraraq 6 nəfərin yaralanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, saxlanılan şəxs Şəmkir rayon Kür qəsəbə sakini Samir Əliyevdir.

O, at arabasını “Mercedes” markalı avtomobili ilə qəsəbə istiqamətində hərəkətdə olarkən arxadan vurub. Hadisəyə avtomobilin ön işıqlarının yanmaması səbəb olub.

Qəza nəticəsində yaralanan 6 nəfərdən 2-si Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə, 4-ü Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza zamanı at ölüb.

Faktla bağlı araşdırma aparılır.

***23:57

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Kür qəsəbəsinə gedən yolda naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı arabada olan 1988-ci il təvəllüdlü Mətləb Məmmədov, onun həyat yoldaşı Tərlan, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 2001-ci il təvəllüdlü Aidə Məmmədova və 2007-ci il təvəllüdlü Rauf Məmmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə