Şəhidimiz var
Şəhidimiz var
06 Oktyabr 2016 / 10:21 / Baxış sayı: 1342
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Nazirlik bildirir ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə