Şəhidimiz dəfn edildi
Şəhidimiz dəfn edildi
16 Noyabr 2016 / 17:43 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu bu gün torpağa tapşırılıb. Şəhid hərbçi anadan olduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.

1990-cı il təvəllüdlü, müddətdən artıq hərbi xidmət keçən gizir Aqil Qismət oğlu Məlikovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub. Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə