Şəhid pilotun ad günü: Yaşasaydı 35 yaşı olacaqdı… – FOTOLAR
Şəhid pilotun ad günü: Yaşasaydı 35 yaşı olacaqdı… – FOTOLAR
12 Avqust 2016 / 15:12 / Baxış sayı: 1064
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin doğum günüdür.
Azvision.az-ın məlumatına görə, Təbriz Musazadə Gürcüstan Respublikasının Borçalı mahalında, Dmanisi rayonundakı Yaqublu kəndində dünyaya göz açıb. O, 4-cü sinifi bitirənə kimi Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb.
Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirib, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.
Xatırladaq ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatların qarşısını alan zaman Mi-24 helikopterinin heyəti Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Əbubəkir İsmayılov şəhid olublar.
Onların meyitləri neytral ərazidə qaldığı üçün beynəlxalq qurumların vasitəçiliyi ilə aprel ayının 10-da Azərbaycana tərəfə təhvil verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordumuzun digər generallarının iştirakı ilə şəhidlərimiz aprel ayının 11-də II Fəxri Xiyabanda dəfn olunublar.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə