Şəhid atasından tələb – Hava limanına oğlumun adı verilsin
Şəhid atasından tələb – Hava limanına oğlumun adı verilsin
16 Avqust 2016 / 12:12 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4
Bizimxeber

15 iyul çevriliş cəhdi zamanı şəhid olan Ömər Halisdəmirin atası prezident Rəcəb Tayyib Ərdoğana və baş nazir Binəli Yıldırıma müraciət ünvanlayıb. 

Qaynarinfo.Az xəbər verir ki, şəhid atası Niğdədə tikilməsi planlaşdırılan hava limanına oğlunun adının verilməsini tələb edib.

Şəhid Ömər Halisdəmir 15 iyul çevriliş cəhdi zamanı Ankaradakı Xüsusi Qüvvələr Komandanlığını ələ keçirmək istəyən çevrilişçiləri və general Semih Tərziyə öldürdükdən sonra şəhid olub. Buna görə də şəhidin atası Həsən Hüseyn Halisdəmir oğlunun qəhrəmanlığının nəzərə alınmasını və hava limanına oğlunun adını verilməsini istəyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə