Şəhid anası hələ də acınacaqlı durumdadır – Bələdiyyə isə bəhanələr uydurur…
Şəhid anası hələ də acınacaqlı durumdadır – Bələdiyyə isə bəhanələr uydurur…
01 Noyabr 2016 / 15:22 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aprel döyüşlərində şəhid olan Əlizamin İslamovun anası Hürnisə Kərimovanın Zabratda yerləşən evi hələ də təmir olunmayıb. Bu barədə BakiPost.az-a şəhid anası özü məlumat verib. Bildirib ki, məsələni mətbuata çıxarmasından sonra aidiyyəri qurumlar gəlib evlə maraqlansa da, bir nəticə hasil olmayıb: “Bələdiyyə sədri İlqar Süleymanov usta gətirib evə baxdırdı.

Bildirdi ki, ustanın başqa yerdəki işi bitdikdən sonra mənim evimi təmir edəcək. Amma hələ də gələn yoxdur. Bu səbəbdən mən özüm yenidən müraciət elədim. İlqar Süleymanov ustanın işini yekunlaşdırdıqdan sonra gəlib işləyəcəyini bildirdi”.

Zabrat kənd bələdiyyəsinin sədri İlqar Süleymanov məsələylə bağlı saytımıza açıqlamasında bildirib ki, şəhid anasının evinin təmiri hava şəraitinə görə gecikir: “Hürnisə xanımın evi yaxın vaxtlarda təmir olunacaq. Son vaxtlar hava şəraitinin pisləşməsi evin təmir edilməsinə imkan vermir. İntensiv yağışlar yağdığı üçün təmir etmək olmaz”.

Sədr qeyd edib ki, rayonun icra hakimiyyəti tərəfindən Hürnisə xanıma hər bir dəstək göstərilir: “Tapşırıq verilibsə, onun evi təmir olunacaq. Sadəcə havalarla əlaqədar olaraq təmir yubanır. Biz daim ona kömək edirik. Bundan sonra da köməyimizi əsirgəməyəcəyik”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə