Şəhid ailəsinin evi külə döndü — FOTO
Şəhid ailəsinin evi külə döndü — FOTO
08 Noyabr 2016 / 20:42 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb.

Bizimxeber.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da, 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə