Şəhid ailəsinin ev növbəsini rüşvətlə satan icra başçısı…
Şəhid ailəsinin ev növbəsini rüşvətlə satan icra başçısı…
27 Sentyabr 2016 / 15:55 / Baxış sayı: 1600
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Atam Kərimov Sahib Fərman oğlu Qarabağın azadlığı uğrunda Ağdamın Malıbəyli kəndi istiqamətində gedən döyüşlər zamanı 23.04.1994-cü il tarixdə şəhid olub.

Biz bununla fəxr edirik, vətənin başı sağ olsun. Şəhid atamın üzünü görməmişəm, onun adını mənə qoyublar.

Onu da bilirəm ki, prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Evimiz yoxdur. Anamın ata evində 11 nəfərlik ailə ilə birlikdə darısqal, acınacaqlı bir vəziyyətdə yaşayırıq. 

Bu sözləri Ucarın Bağman kənd sakini, şəhid övladı Sahib Kərimov Sahib oğlu Politik.Az-a göndərdiyi şikayət məktubunda yazıb.
Onun dediyinə görə, mənzil növbəsinə dayanıblar: “Ucar rayon İcra Hakimiyyətində 01 iyul 2014-cü il tarixə mənzil növbəsində olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqlilliyinin və Konstitusiya qurluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin siyahısında 13 -cü yerdə qeydə alınmışdıq.
Növbəyə anam Kərimova Gülabatın Müseyib qızının adı qeydə alınıb. Ancaq bizə qrşı qanunsuzluq və saxtakarlıq edildi. Çünki ev növbəsində siyahıda 13-cü yerdə olsaq da saxtakarlıq edib siyahıda 17-ci yerdə olan Ucar rayonu Bərgüşad kəndi sakini Nurməmmədov Şahin Nurməmməd oğluna mənzil tikilib istifadəsinə verildi”.
S.Kərimov qeyd edib ki, Ş.Nurməmmədov rüşvət verdiyini etiraf edib: “Onun iki evi var, birini kirayə verib. Ancaq evimiz olmadığı üçün 11 nəfərlik 3 ailə nənəmin evində darısqal, acınacaqlı şəraitdə yaşayırıq.
Bütün bu qanunsuzluğa görə məsuliyyət Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Bayramovun üzərinə düşür.
Bu siyahını rüşvət alıb o saxtalaşdırıb. Xahiş edirəm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ev növbəsində dayananların siyahısı dərc edilmiş elektron versiyaya baxın.
Bu açıq-aşkar korrupsiya cinayətidir ki, Ucar RİH-nin müavini Məhəmməd Bayramov rüşvət alıb edib. Şəhidin ruhuna hörmətsizlik edən bu korrupsioner məmurlar cəzalanmalıdırlar ki, digərlərinə dərs olsun”.
Şəhid övladı bildirib ki, bu korrupsiya cinayəti barədə artıq prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edib:
“Bağman kəndində 4 şəhidin uyuduğu şəhidlər parkı çox bərbad gündədir, bura da baxan yoxdur. Xahiş edirik bu barədə də qanunu tədbirlər görəsiniz”.
Bizimxeber.az


Şəhid ailəsinin ev növbəsini rüşvətlə satan icra başçısı… yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə