Şəhər meri atışmada öldürüldü
Şəhər meri atışmada öldürüldü
28 Oktyabr 2016 / 11:30 / Baxış sayı: 1050
Font1 Font2 Font3 Font4
Bizimxeber

Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.

TASS xəbər verir ki, bu barədə Filippində nəşr edilən “Gulfnews” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə Kotabato əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, merin başçılıq etdiyi silahlı şəxslər üç avtomobildə hərəkət edərək polis nəzarət-buraxılış məntəqəsini atəşə tutub.

Qeyd edək ki, yeni prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsi ilə Filippində narkotik alverinə qarşı genişmiqyaslı güc kampaniyası başlayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə