Səfir Zakir Qaralovla görüşdü
Səfir Zakir Qaralovla görüşdü
08 Noyabr 2016 / 19:36 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Azərbaycandakı səfiri Baş Prokurorluqda olmuşdur

Bizimxeber.az saytına qurumun mətbuat xidmətindən daxil olan məlumata gör, noyabrın 8-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Baş Prokurorluqda Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Erkan Özoralla görüşmüşdür.

Qonağı səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə ifadə edildiyi, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulamışdır.

Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd etmişdir.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir.

Görüşdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə