Səfir Erkan Özoral Nəsimi rayon İcra Hakimiyyətində
Səfir Erkan Özoral Nəsimi rayon İcra Hakimiyyətində
17 Noyabr 2016 / 12:06 / Baxış sayı: 656
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, Türkiyə Cumhuriyyətinin  Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Erkan Özoralın ölkəmizdə diplomatik fəaliyyətə başlaması ilə əlaqədar tanışlıq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində nəzakət görüşü keçirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini vurğulayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mövcud əməkdaşlığı xüsusilə yüksək qiymətləndirib.

Səfir Erkan Özoral Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması ilə əlaqədar ikitərəfli əlaqələrin daha da genişlənməsi və güçləndirilməsi üçün həyata keçiriləcək tədbirlərdən danışmış və bildirmişdir ki, uzun illərdir ki, qəlbində Azərbaycana böyük hörmət və məhəbbət hissi formalaşıb.

Görüş zamanı Asif Əsgərov yeni təyin olunmuş səfir Erkan Özorala təyinatı ilə bağlı təbriklərini ifadə edərək və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.

Daha sonra Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif Əsgərov Səfir Erkan Özorala Qədim Bakının mənzərəsini əks etdirən rəsm əsərini xatirə olaraq hədiyyə etdi.

Bizimxeber.az

01 (53) 01 (54) 01 (65) 01 (75) 01 (77)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə