Səfir ANS-in bağlanmasından danışdı
Səfir ANS-in bağlanmasından danışdı
15 Avqust 2016 / 12:42 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “ANS”  televiziyasının bağlanmasına münasibət bildirib.

Qaynarinfo.Az xəbər verir ki, İ.A. Coşqun “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, terror təşkilatı olaraq gördükləri “FETÖ”nun, onun başındakı xain Fətullah Gülənin, xüsusilə Türkiyədəki bu uğursuz çevriliş cəhdindən sonra aparacağı təbliğatın da terror fəaliyyətinin dəstəklənməsindən və onun propoqandasının aparılmasından başqa bir şey olmadığına dair qəti fikir var:

“Dolayısı ilə onun (Fətulla Gülənin-E.P.) sözlü də olsa, ortaya çıxaraq aparacağı təbliğata heç bir yerdə izn verilməməsini istəyirik. Bu, ifadə azadlığı deyil, başqa məsələdir. Çünki Türkiyədə yaşanan böyük hadisəni, özünün məsuliyyət daşıdığı bu xain cəhdi çox fərqli bir şəkildə təsvir etməyə çalışacağı bəllidir, bəzi fəaliyyətləri ilə bunu etməyə də çalışdı. F. Gülənin təbliğatının yayınlanmaması, buna fürsət verilməməsi fikrimizcə, çox yerində olan bir qərardır”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə