Səfilyan ikinci dəfə dövlət çevilişinə görə tutulur
Səfilyan ikinci dəfə dövlət çevilişinə görə tutulur
02 Avqust 2016 / 14:42 / Baxış sayı: 492
Font1 Font2 Font3 Font4
Bizimxeber

Həbsdə olan erməni müxalifətçi Jirayr Səfilyan 2006-cı ildə həbs edilmişdi. O vaxt Səfilyan dövlət çevrilişinə cəhddə günahlandırılırdı.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Səfilyan livanlı dostu Ralf İrikyanla birlikdə “Pekin” restoranında nahar edərkən tutulmuşdu.

Ralf İrikyan Ermənistanın biznesini oğurluq və reket yolu ilə deyil, öz əlləri ilə qurmuş azsaylı milyarderlərindən biridir. O, “Vivasel MTS” telekommunikasiya şirkətinə rəhbərlik edir.

Maraqlıdır ki, Jirayrın oğlu – Peto Səfilyan “Vivasel MTS”də aparıcı mütəxəssislərdən biridir.

Qeyd edək ki, iyulun ortalarında Jirayr Səfilyanın tərəfdarlarından ibarət bir qrup Yerevanda polis idarəsinin binasını ələ keçirmişdi. İki həftəlik silahlı qarşıdurma ərzində onlar hakimiyyətdən liderlərinin azad olunmasını tələb edirdilər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə