“Sədərək” TM-də baş vermiş yanğında xəsarət alanlar var
“Sədərək” TM-də baş vermiş yanğında xəsarət alanlar var
24 Sentyabr 2016 / 12:59 / Baxış sayı: 936
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib. Yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Maqsudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib. Onlar “Təcili tibbi yardım” maşını ilə xəstəxanaya aparılıblar.

***
10:28

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın iki pərdə-tül mağazasında baş verib və nəticədə, bütün mallar yanıb. Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 54 kvadrat metr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, bir sahibkara təqribən 7000 manat ziyan dəyib. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə