“Rüsumlar artdıqca monopoliyanın qarşısı alınır” – Millət vəkili
“Rüsumlar artdıqca monopoliyanın qarşısı alınır” – Millət vəkili
04 Oktyabr 2016 / 11:03 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Bizimxeber

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bəzi məhsulların gömrük rüsumlarının artırılması ilə bağlı əsas səbəbləri açıqlayıb. 

AzNews.az-a danışan millət vəkilinin sözlərinə görə, rüsumu artırmaqda məqsəd idxal olunan məhsulların ölkədə istehsalına şərait yaratmaqdır: “Bu gün bəzi məhsullar Azərbaycanda istehsal olunmaqla bərabər, həm də xaricdən idxal olunur. İdxal isə xarici valyuta hesabına ərsəyə gəlir. Yəni, Azərbaycanda olan xarici valyuta kənara çıxır. Bu qərar ona görə verilib ki, həmin məhsulların Azərbaycanda daha çox istehsal olunmasına şərait yaradılsın”

V. Əhmədovun sözlərinə görə, sözügedən qərarla monopoliyanın qarşısı alınacaq: “Həmin məhsulları xaricdən idxal edən insanlar monopolistlərdir. Hər bir insan gedib o məhsulu xaricdən Azərbaycana gətirə bilməz. O sahəyə nəzarət edən adamlar adamlar var. Bu addım Monopoliyanın qarşısını almaqdan ötrü atılıb.

Bundan əlavə, sahibkarlıq fəaliyyəti də genişlənəcək. Monopolistlər və şirkətlər məhsul qıtlığı yaratmaqla süni qiymət artımı edirlər. Bütün bunların qarşısını almaq üçün hökumət tədbirlərə başlayıb”.

Qeyd edək ki, Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir. Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu təyin edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə