Yazıçılar Birliyindən Behrudinin istefasına reaksiya-YENİLƏNİB
Yazıçılar Birliyindən Behrudinin istefasına reaksiya-YENİLƏNİB
13 Sentyabr 2016 / 20:36 / Baxış sayı: 1128
Font1 Font2 Font3 Font4
Bizimxeber
Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib.

Birliyin katibi, xalq şairi Fikrət Qoca aznews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.

F.Qoca R.Behrudiyə uğurlar da arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?”.

*   *   *16:34

 

Azərbaycanın tanınan şairi Rüstəm Behrudi Azərbaycan Yazıçılar birliyindən istefa verib. Bu haqda şair “Facebook” hesabında paylaşdığı statusda bildirib. Şairin bu qərarının səbəbi çox maraqlıdı. Sən demə, illərdi R.Behrudini ad günlərində AYB-dən bir quruca təbrik almayıbmış. 

Qaynarinfo.Az R.Behrudinin həmin statusunu təqdim edir: “Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki,bu uzun illər ərzində  ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində  adımı çəkməyib.

 

Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan  bir şairə bu cür münasibət hardan qaynaqlanır?.Bir quruca təbrikə nə deyirsiniz,əfəndilər?

 

AYB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm.

Hamıya sevği və sayğılarımla!

 

Rüstəm  Behrudi.”Şair bildirib ki, indəyədək nə “Ədəbiyyat” qəzeti, nə “Ulduz” jurnalı onu doğum günündə yada salmayıb. Məni saya salmayan bir qurumda niyə qalmalıyam?!”- deyən şair bu addımının həm də AYB rəhbərliyinə etiraz olduğunu söyləyib.

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə