Rusiyanın səhiyyə naziri təyyarədə halı pisləşən xəstəyə yardım etdi
Rusiyanın səhiyyə naziri təyyarədə halı pisləşən xəstəyə yardım etdi
20 Sentyabr 2016 / 16:06 / Baxış sayı: 250
Font1 Font2 Font3 Font4
Bizimxeber

Moskvadan Nyu-Yorka uçan təyyarədə olan Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova halı pisləşən sərnişinə yardım edib. 

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuş zamanı sərnişinlərdən birinin vəziyyəti pisləşib və ekipaj üzvləri göyərtədə həkimin olub-olmamasını soruşublar.Veronika Skvortsova xəstəyə yaxınlaşıb və ilk tibbi yardım göstərib, lakin xəstənin durumunun ağır olduğunu nəzərə alaraq, təyyarəni Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında təcili yerə endirmək barədə qərar verilib.

Nazir Veronika Skvortsova sabah Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində təşkil olunacaq tibb sahəsinə aid tədbirdə çıxış etməlidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə